
2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 22 bankın əməliyyat gəlirləri üzrə göstəricilər açıqlanıb.
BBN.az xəbər verir ki, hesabat dövründə 5 bankın əməliyyat gəlirləri 300 milyon manatdan çox olub.
Ən yüksək göstərici 1 milyard 881,7 milyon manatla “Kapital Bank”a məxsusdur. İkinci sırada 1 milyard 547,1 milyon manatla “Azərbaycan Beynəlxalq Bankı”, üçüncü pillədə isə 808 milyon manatla “PAŞA Bank” qərarlaşıb.
Həmçinin, “Unibank”ın əməliyyat gəlirləri 397,5 milyon manat, “Bank Respublika”nın isə 339,8 milyon manat təşkil edib.
Digər 17 bankdan 9-da əməliyyat gəlirləri 100–300 milyon manat arasında olub. 7 bankda bu göstərici 10–100 milyon manat aralığında dəyişib. 1 bankda isə əməliyyat gəlirləri 10 milyon manatdan az olub.
Qeyd edək ki, son 1 il ərzində ölkədə fəaliyyət göstərən bütün 22 bankın əməliyyat gəlirlərində artım qeydə alınıb. Ən yüksək artım tempi “Zıraat Bank Azərbaycan”da (47,9%), ən aşağı dinamika isə “Bank BTB”də (7,2%) müşahidə olunub.





