Home » Azərbaycanda avtomobil kreditləri bahalaşıb

Azərbaycanda avtomobil kreditləri bahalaşıb

by yunus
0 comments 0 views 1 minutes read

2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditləri üzrə orta illik faiz dərəcəsi 12 % təşkil edib.

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 2 faiz bəndi yüksəkdir.

İlkin rübdə məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi 25 % səviyyəsində sabit qalıb. Yaşayış sahələrinin təmiri məqsədilə verilən kreditlər üzrə orta faiz də dəyişməyərək 16 % olaraq qalıb.

Kredit kartları vasitəsilə manatla verilən istehlak kreditlərinin orta faizi isə azalma meyli göstərib – 2024-cü ilin sonuna nisbətən 1 faiz bəndi geriləyərək 25 % olub.

Digər növ istehlak kreditləri üzrə isə əks tendensiya müşahidə edilib: orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 21 %-ə yüksəlib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.