Home » Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi yaradılıb

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi yaradılıb

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Cari ilin 24 sentyabr tarixində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanda ilk dəfə təşkil olunmuş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanıb.
Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqəsdilə ölkəmizdə Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi fəaliyyətə başlayacaq. Tvinninq Mərkəzi tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirməyi nəzərdə tutur.

Anlaşma Memorandumuna uyğun olaraq XRİTDX tərəfindən Tvinninq Mərkəzinin fəaliyyəti üçün inzibati və strateji dəstək veriləcək və təlimlərin keçirilməsi üçün təlimçilər cəlb ediləcək. İnkişaf və Diplomatiya İnstitutu birgə elmi nəşrlərin hazırlanmasına, akademik əməkdaşlığın həyata keçirilməsinə dəstək göstərəcək və kiberdiplomatiya mövzusunda təlimlərin təşkilində iştirak edəcək. “ICI Buxarest” Tvinniq Mərkəzdə elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək.
İmzalanma mərasimində görüş zamanı tərəflər növbəti illər üçün nəzərdə tutulan planlanlarından danışıb, memorandum əsasında yaradılacaq Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi tərəfindən həyata keçiriləcək tədbirlər və layihələr haqqında müzakirələr aparıblar. Tərəflər Kiberdiplomatiya və informasiya təhlükəsizliyi üzrə birgə təhsil proqramlarının, seminarlar və təlim kurslarının hazırlanması, eləcə də, kiberdiplomatiya sahəsində bilik və təcrübə mübadiləsi aparacaqlarını vurğulayıblar.
Anlaşma Memorandumu XRİTDX-nın rəis müavini general-mayor Allahverən İsmayılov, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, “ICI Buxarest” Universitetin elmi rəhbəri Dr. Carmen-Elena Cirnu tərəfindən imzalanıb.
Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi üçün regional təmsilçilik eksklüziv olaraq Azərbaycana verilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.