0
Azərbaycanın internet bazarında bu ilin sentyabr ayında “Google Chrome”un bazar payı 78.47% təşkil edib. Bu isə onu ölkədə ən populyar brouzer edib.
BBN.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, cari ilin avqust ayında bu göstərici 79.19%, iyunda isə 79.91% təkil edib.
“Safari” brauzerinin bazar payı sentyabrda 10.51% olub. Avqustda isə 10.04% idi.
Ötən ay ölkədə ən çox istifadə edilən 3-cü brauzer “Samsung Internet”in payı isə iyuldakı 4.25%-dən 3.93%-ə enib.