Home » Azərbaycanda startapların maliyyələşdirilməsi üçün yeni imkanlar yaradılır

Azərbaycanda startapların maliyyələşdirilməsi üçün yeni imkanlar yaradılır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda vençur kapitalı və startapların maliyyələşdirilməsi sahəsində aparılan islahatlar innovativ şirkətlər üçün yeni maliyyə imkanları yaradır.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov sentyabrın 2-də Bakıda keçirilən “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopu zamanı deyib.

Onun sözlərinə görə, son dövrdə vençur kapitalı və startapların maliyyələşdirilməsi üzrə müasir hüquqi çərçivə formalaşdırılıb. Yeni çərçivə vençur fondları, peşəkar və akkreditə olunmuş investorlar, konvertasiya olunan notlar, SAFE sazişləri və əməkdaşların səhm mülkiyyət planları kimi maliyyə mexanizmlərini əhatə edir.

F. Osmanov həmçinin “Kraudfandinq haqqında” Qanunun qəbul edilməsinin startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün alternativ maliyyə mənbələrinə hüquqi əsas yaratdığını bildirib.

İRİA sədri qeyd edib ki, həyata keçirilən islahatların əsas məqsədi sahibkarların maliyyələşmə imkanlarını genişləndirmək, investorların etimadını artırmaq və Azərbaycanın innovasiya ekosistemini yerli və beynəlxalq kapital üçün daha cəlbedici etməkdir.

Mənbə: AZƏRTAC

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.