Home » Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-dən çox artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-dən çox artıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu il martın 1-nə Azərbaycanda 1 611 030 vergi ödəyicisi olub ki, bu da ötən il martın 1-nə nisbətən 5,2 % çoxdur.

 BBN.az bu arədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, vergi ödəyicilərinin 87 %-i fiziki, 13-ü isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,8 %, hüquqi şəxslərin sayı isə 7,5 % artıb.

İl ərzində kommersiya qurumlarının sayı isə 8,2 % artaraq 192 945 olub.

Təkcə bu ilin yanvar-fevral aylarında 2.632 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,6 %-i yerli, 10,4 %-i isə xarici investisiyalı olub. Yeni kommersiya qurumlarının 86,6 %-i elektron qaydada qeydiyyata alınıb.

2 ay ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi 96,9 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90 %-i MMC, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 % kooperativ və s. formalarda yaradılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.