Home » Azərbaycandan xaricə 3 milyard dollardan çox pul köçürülüb – Foto

Azərbaycandan xaricə 3 milyard dollardan çox pul köçürülüb – Foto

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

“Ötən il Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 3,1 milyard dollar təşkil edib”.

BBN.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyə balansına həsr olunan brifinqdə deyib.

“Azərbaycandan pul köçürmələrinin həcminə görə ilk üçlükdə Türkiyə (1,8 milyard dollar), ABŞ (311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) olub”, – department direktoru vurğulayıb.

Eyni zamanda 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard dollar təşkil edib.

S.Nəsirov Azərbaycan iqtisadiyyatında birbaşa investisiyaların həcminə görə liderlik edən beşlik ölkələri qeyd edib: “Böyük Britaniya (1,9 milyard dollar), Türkiyə (1,3 milyard dollar), Kipr (792 milyon dollar), Rusiya (617 milyon dollar) və İran (396 milyon dollar)”.

2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları təşkil edib. Direktor qeyd edib ki, bu, 2022-ci illə müqayisədə 64,7 faiz azalma deməkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.