Home » “Azərpoçt”a yeni sədr təyin olundu, əvvəlki rəhbər vəzifədən ayrıldı

“Azərpoçt”a yeni sədr təyin olundu, əvvəlki rəhbər vəzifədən ayrıldı

by Zeyneb
0 comments 0 views 1 minutes read

“Azərpoçt” MMC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.

Məlumata görə, bu vəzifəyə Manaf Babayev gətirilib.

O, Azərbaycan Dövlət İqtisad Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, “İqtisadiyyatın idarə edilməsi” ixtisası üzrə isə magistr təhsili alıb. Peşə fəaliyyətinə bank sektorunda başlayan M.Babayev müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb. Daha sonra “Aztelekom” MMC-də maliyyə nəzarəti üzrə rəhbər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Baş Maliyyə Direktoru vəzifələrində işləyib. Son təyinata qədər isə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holding) Baş Maliyyə Direktorunun müavini olub.

Eyni zamanda, “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev vəzifəsindən ayrılıb. O, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, İ.Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə “Azərpoçt”da baş direktorun müavini vəzifəsini icra edib və İdarə Heyətinin üzvü olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.