Home » “Azərpoçt”un İnternet bankçılıq xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

“Azərpoçt”un İnternet bankçılıq xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

“AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “Azərpoçt” MMC-nin İnternet bankçılıq xidmətinə uğurla inteqrasiya olunub.

Belə ki, birgə aparılmış işlər nəticəsində xidmətin portalında şəxsi kabinetə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil olmaq imkanı yaradılıb. Portala giriş etdikdən sonra sürətli ödənişlər və köçürmə proseslərini “SİMA İmza” ilə rəqəmsal şəkildə imzalayaraq reallaşdırmaq mümkündür.

Qeyd edək ki, mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar, o cümlədən “Azərpoçt” istifadəçiləri üçün tam pulsuzdur. “SİMA İmza”nın “Azərpoçt”un İnternet bankçılıq xidmətinə inteqrasiyası istifadəçilərinə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Həmçinin bu xidmət sayəsində hüquqi şəxslər və fərdi sahibkarlar heç yerə getmədən olduqları yerdən elektron xidmətlərdən istifadə edə bilərlər.

Bu xidmətdən istifadə etmək istəyən şəxslər “Azərpoçt”un müştəri xidmətləri şöbələrinə müraciət edə bilərlər.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.