Home » Azərbaycan banklarının Qazaxıstan səfəri baş tutub

Azərbaycan banklarının Qazaxıstan səfəri baş tutub

by Aytac
0 comments 3 views 1 minutes read

23 May 2023-cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri başlamışdır.

Azərbaycanı təmsil edən 41 nəfərlik bu heyət səfərin ilk günündə Center Credit Bank, Halyk Bank və Jusan Bankla görüşlərdə iştirak etmiş və sözügedən bankların aşağıdakı mövzular üzrə təcrübəsi ilə tanış olmuşlardır.

  • Pərakəndə bankçılıq və pərakəndə kreditləşmə;
  • Agile idarəetməyə keçid prosesi;
  • Analitik Kredit Qərarlarına Dəstək Sistemləri və Praktik Tətbiqlər;
  • Kredit rəsmiləşmə prosesində digitallaşma, “digital onboarding process";
  • Mikro və SME kreditləri, yeni məhsullar, təhlil prosesi, anderraytinq yanaşması və kreditin verilməsi mexanizmi.

Səfər 26 may 2023-cü il tarxinə qədər davam edəcək və daha 9 görüş təşkil ediləcəkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.