Home » Azərbaycan Beynəlxalq Bankından sahibkarlara həsr olunmuş imic çarxı

Azərbaycan Beynəlxalq Bankından sahibkarlara həsr olunmuş imic çarxı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyətinə dəstəyini digər istiqamətlərdə də davam etdirməkdədir. Cəmiyyətdə kiçik və orta sahibkarın işgüzar imicinin formalaşdırılması, iş adamlarının mənəvi motivasiyası məqsədilə bank maraqlı bir imic çarxını bu gün izləyicilərə təqdim edib.

“Böyüməyə layiqsiniz!” devizi üzərində qurulmuş imic çarxı uğurlu sahibkar olmaq üçün zəruri mənəvi keyfiyyətləri vurğulayır. Sahibkar olmağın sosial məsuliyyətini, inanma və başqalarını da inandırma, komanda qurma bacarığını diqqətə çatdırır. Eyni zamanda, biznesini böyütməyə can atan hər bir sahibkarın zəhmət, məsuliyyət hissi, komandasının və etibarlı tərəfdaşlarının köməyi ilə öz hədəflərinə çata biləcəyini göstərir.

İmic çarxının aşıladığı əsas ideya isə bundan ibarətdir ki, işində uğur qazanmaq istəyən hər bir sahibkar sağlam inkişaf ekosisteminin işlək bir parçası olmağa çalışmalıdır. Əgər həmin biznes subyekti özü də fəaliyyətini sağlam meyarlar əsasında qurubsa, bu ekosistem onun getdikcə böyüyüb inkişaf etməsinə şərait yaradacaq.

Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun, kiçik və orta biznesin inkişafı Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesdə bazar mövqelərinin genişləndirilməsini strateji hədəflərindən elan edib. Bank bu hədəfə ölkəmizin ayrı-ayrı regionlarında sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, məhsul və xidmət şərtlərinin daha sərfəli edilməsi, risk mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlar üçün innovativ həllərin yaradılması, bu sektorda işgüzar əlaqələrin gücləndirilməsi və digər bu kimi addımlar hesabına  nail olacaq. Bu gün təqdim edilən imic çarxı da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

İmic çarxını buradan izləmək olar: https://www.youtube.com/watch?v=uwUnQzx5V1c&feature=youtu.be

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.