Home » Azərbaycan Dünya Bankının hesablamalarına əsasən hökumətin rəqəmsallaşması səviyyəsinə görə dünya ölkələri arasında yüksək mövqedədir

Azərbaycan Dünya Bankının hesablamalarına əsasən hökumətin rəqəmsallaşması səviyyəsinə görə dünya ölkələri arasında yüksək mövqedədir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycan Dünya Bankı tərəfindən hazırlanan “GovTech yetkinliyi indeksi”nin (GovTech Maturity İndex- GTMI)  cari il üzrə hesabatında yüksək nəticələr əldə edib. Belə ki, 198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan rəqəmsallaşma səviyyəsinə görə ikinci pilləyə layiq görülərək yalnız 30% ölkələrin daxil ola bildiyi “hökumətin rəqəmsallaşmasına yüksək səviyyədə diqqət ayıran” adlandırılan və 59 ölkədən ibarət qrupda yer alıb. Bu qrupa  Çin, Rusiya, Belarusiya, İrlandiya, Çexiya və s ölkələr də daxil ediliblər.

 “GovTech Yetkinlik İndeksi” rəqəmsallaşmada yeni termin olan GovTech (hökumətin rəqəmsallaşması) sahəsinin əsas aspektlərini ölçərək vətəndaşlara şəffaf, rahat və sürətli xidmətlər təqdim edə bilməsi üçün hökumətin rəqəmsallaşma səviyyəsini və modernizasiyasını qiymətləndirir. Bu sahədə prioritet istiqamətlər hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və bu sahədə dövlət strategiyalarının hazırlanması, dünya üzrə yaxşı nümunələrin tədbiqinin həyata keçirilməsidir.

 Hökumət rəsmiləri (siyasətçilər və texniki mütəxəssislər), Dünya Bankının ekspert qrupları və GovTech həllərinin dizaynı və tətbiqi ilə məşğul olan özəl sektor nümayəndələri arasında keçirilən sorğular vasitəsilə qiymətləndirilən  GTMI hesabatı ölkənin həm cari vəziyyətini qiymətləndirməyə, həm gələcəyə dair potensialını ölçməyə, həm də bu sahənin təkmilləşdirilməsini həyata keçirmək üçün lazımı addımların müəyyənləşdirilməsi və məsləhətlərin əldə olunmasına yardım edir.

Cənab Prezidentimiz İlham Əliyevin tapşırığı ilə Azərbaycanda bir çox dövlət xidmətlərinin rəqəmsallaşdırılması (dövlət və özəl qurumlar tərəfindən 1000-dən artıq e-xidmətlər), “Bir Pəncərə” konsepsiyasının tədbiqi- xüsusən Dövlət Xidmətləri Portalının yaradılması ilə 450-dən çox dövlət xidmətinin bir yerdə cəmləşdirilməsi, Rəqəmsal Ticarət Qovşağı Portalı vasitəsilə dövlət xidmətlərinin xaricdə yaşayan qeyri-rezidentlər üçün əlçatan olması, Monitorinq.az portalı vasitəsilə dövlət proqramlarının qiymətləndirilməsinin rəqəmsallaşdırılması kimi islahatlar indeksin qiymətləndirmə meyarları arasında ən önəmli məsələləri əhatə etməklə ölkəmizin mövqeyinin yüksəldilməsinə də xidmət edib.

Bundan başqa, bu sahə üzrə islahatlar dayanıqlı formada davam etdirilir. Belə ki, cənab Prezident tərəfindən 27 aprel 2021-ci ildə imzalanmış “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman da iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində ciddi tapşırıqları özündə ehtiva edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.