
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 5 milyon 915 min 25,73 ton xam neft ixrac olunub.
BBN.az xəbər verir ki, hesabat dövründə İtaliyaya ixrac edilən xam neftin ümumi dəyəri 3 milyard 495 milyon 238,67 min ABŞ dolları təşkil edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə İtaliyaya xam neft ixracının həcmi 13,3%, dəyəri isə 3% azalıb.
Hesabat dövründə İtaliyanın Azərbaycanın ümumi neft ixracındakı payı 58,41% olub.
Bu ilin ilk 6 ayında Azərbaycan ümumilikdə 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Qeyd olunan dövrdə Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 24 milyard 661 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon dolları ixracın, 8 milyard 341 milyon dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixrac 26,7% artıb, idxal isə 27,6% azalıb.
Nəticədə Azərbaycanın xarici ticarət balansında 7 milyard 979 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə artıb.




