Bu gün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə emalı, müxtəlif növ şərablar və digər spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkəti çoxsaylı çeşiddə məhsulunu “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
Qeyd edək ki, fevralın 14-dək davam edəcək “Prodexpo 2020” sərgisinə dünyanın 70 ölkəsindən 2600-dək iştirakçı qatılıb.