Home » Azərbaycan Respublikası Dövlət Neft Fondu növbəti təcrübə proqramına start verib

Azərbaycan Respublikası Dövlət Neft Fondu növbəti təcrübə proqramına start verib

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Fondun “Təhlilçi məzun” təcrübə proqramı çərçivəsində partnyor universitetlərlə işbirliyi əsasında məlumatlandırma və qeydiyyat işlərinə başlanılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 6 may tarixində ADA Universitetinin təşəbbüsü ilə təşkil olunan karyera sərgisində işəgötürən qurumlar sırasında iştirak edib.

Qeyd edək ki, sözügedən sərgidə iştirak ARDNF-nin gənc peşəkarlar yetişdirmək və ölkənin insan kapitalının formalaşmasına töhfə vermək istiqamətində daim apardığı işin tərkib hissəsidir. Sərgi zamanı Fondun 2022-ci il üçün nəzərdə tutulan “Təhlilçi məzun” (Graduate Analyst) təcrübə proqramı haqqında geniş məlumat paylaşılıb.

Belə ki, bir aylıq “Təhlilçi məzun” proqramına əsasən, sonuncu kurs bakalavr və magistratura tələbələri, həmçinin 2021-ci il universitet məzunları qrup müsahibə sessiyası əsasında təcrübə proqramına qəbul olunaraq, 2022-ci ilin iyun ayı boyu proqram çərçivəsində Fondun İnvestisiya, Risklərin idarə edilməsi, Neft kontraktları, Büdcə proqnozlaşdırma və layihələr, Hesablaşmalar, Təhlükəsizlik, İnsan resursları və Hüquq departamentlərindən birində real iş mühitində, əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik biliklər qazanmaq imkanı əldə edəcəklər.

ARDNF-nin fəaliyyət istiqamətinin əsasən maliyyə və analitik düşüncə yönümlü olmasını və təcrübə proqramında iştirak edən departamentlərin biznes özəlliyini nəzərə alaraq, proqram çərçivəsində dörd təhsil ocağı – Azərbaycan Dövlət İqtisad Universiti, ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan-Fransız Universiteti partnyor universitetlər müəyyən olunub. Məzun təcrübəçilərin qeydiyyat və seçim prosesi bu universitetlərlə əməkdaşlıq və iş birliyi əsasında həyata keçirilir.

Təcrübə proqramının kuratoru və ARDNF-nin İnsan resursları departamentinin direktoru Nigar Braun Fondda fərdi intellekt ilə yanaşı komanda işinə də böyük əhəmiyyət verildiyini vurğulayıb və məzunların bir ay müddətində əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə dəyərli, unikal vərdişlər qazanacağına əmin olduğunu bildirib. O, qeyd edib ki, “Biz bu növ təcrübə proqramları vasitəsilə istedadlı gənclərimizə yeni karyera imkanları yaradırıq”.

Təcrübə proqramının yekunları və hesabatlılığı barədə məlumatlar ARDNF-nin rəsmi səhifələrində yerləşdiriləcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.