Home » Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Türk Dünyası Biznes Forumunda çıxış etdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Türk Dünyası Biznes Forumunda çıxış etdi

by anar
0 comments 3 views 1 minutes read

Sentyabrın 14-də Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İqtisadiyyat və Ticarət nazirlərinin görüşü və Türk Dünyası Biznes Forumu keçirilib.

Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinin üzvləri, Türk Dünyasının iş adamları iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan bu tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə 55 şirkətlə təmsil olunur.

Forumu açan Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Rıfat Hısarcıklıoğlu görülən işlər, Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı öz fikirlərini bölüşüb. Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib. Konfederasiya prezidenti, əsası 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində qoyulan Türk Dövlətləri Təşkilatının yaradılmasından 14 ilə yaxın vaxt ötdüyünü və Təşkilatın inkişafında qardaş ölkələrlə birlikdə dövlətimizin, xüsusilə dövlətimizin başçısı cənab İlham Əliyevin böyük rolu olduğunu vurğulayıb.

O bildirib: Türk dövlətlərinin siyasi birliyi iqtisadi münasibətlərin güclü inkişafını və inteqrasiyanın dərinləşməsini tələb edirdi və təşkilata üzv ölkələrin sahibkarlarının da bir vahid platforma altında birləşməsini şərtləndirirdi. Məhz Türkiyə Odalar və Borsalar Birliyinin xüsusi səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı nəzdində Türk Ticarət və Sənaye Palatası yaradıldı və Palatanın yaradılmasında Azərbaycan Sahibkarlar Konfederasiyası da önəmli yer alaraq, üzv olmaqla Palatanın gələcək inkişafına öz töhfəsini verdi.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.