Home » Azərbaycan – Türk İş Adamları Forumu keçiriləcək

Azərbaycan – Türk İş Adamları Forumu keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə iyun ayında virtual formatda Azərbaycan – Türk İş Adamları Forumunun keçirilməsi planlaşdırılır.

Forumun məqsədi gənc sahibkarlara, startaplara məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ticarət və biznes əlaqələrinin genişləndirilməsinə dəstək olmaqdır.

Tədbirdə Türkiyənin turizim, inşaat, tekstil, ekologiya (yaşıl enerji), qida sənayesi, ictimai iaşə, enerji, multimedia, təhsil, konsaltinq, hüquq, logistika və s. sahələrdə fəaliyyət göstərən 90-a yaxın şirkətinin iştirakı nəzərdə tutulur.

Onlayn foruma qatılacaq yerli sahibkarlar biznes əlaqələrini genişləndirmək, Türkiyənin biznes təcrübəsini öyrənmək, bu bazara çıxış imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Tədbirdə həmçinin, biznes sahəsində təcrübəli mütəxəssislərin müxtəlif biznes istiqamətləri üzrə yeniliklər, pandemiya dövründə yaranmış problem və imkanlar, post-pandemiya dövründə biznesin inkişaf mərhələləri üzrə fikirləri ilə tanış olmaq mümkün olacaq.

Onlayn forumda iştirak etmək üçün https://forms.yandex.ru/u/5ee0d2f78f27ef18cc411528/ keçidinə daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra təşkilatçılar sizinlə əlaqə yaradacaqlar.

Qeydiyyat üçün son tarix: 25 iyun 2020

Əlavə məlumat və suallarınız üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

E-poçt:Office@gswyouth.org

Telefon: (+994 12) 597 48 86

WhatsApp: (+994 50) 971 69 70.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.