Home » Ödəniş kartlarının istifadə müddətinin artırılması üçün müvəkkil banklara müraciət olunub

Ödəniş kartlarının istifadə müddətinin artırılması üçün müvəkkil banklara müraciət olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkədə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlərin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən də daimi əsasda müvafiq addımlar atılır.

Bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyaları, sosial müavinət, təqaüd və kompensasiya ödənişləri, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin 30 sentyabr 2020-ci il tarixinədək artırılması üçün Mərkəzi Bankı tərəfindən müvəkkil banklara müraciət olunmuşdur. Həmin müraciət müvəkkil banklar tərəfindən təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılmışdır.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən banklara müştərilərin istəyi ilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsi də tövsiyə olunmuşdur.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq cari ilin mart ayında da Mərkəzi Bank tərəfindən müvəkkil banklara adıçəkilən ödəniş kartlarının istifadə müddətinin artırılması ilə bağlı müraciət ünvanlanmış və həyata keçirilən tədbirlər sayəsində bank-müştəri təmasları mümkün qədər azaldılmışdır.

Məlumat üçün bildiririk ki, hüquqi və fiziki şəxslər Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə Mərkəzi Bankın “966” qaynar xəttinə zəng edə bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.