0

Azərbaycan ilə Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.
Bu barədə Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Nazirin sözlərinə görə, məsələ Gürcüstan–Azərbaycan–Türkiyə biznes-forumu çərçivəsində Ömər Bolat ilə keçirilən görüş zamanı müzakirə olunub.
“Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq”, – deyə nazir bildirib.





