Home » Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib.

Görüş çərçivəsində Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılması məsələləri müzakirə olunub. Tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılmasının vacibliyi vurğulanıb. 

Tərəflər Orta Dəhlizə marağın artdığını qeyd ediblər. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında dəhlizlə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox yük daşınıb.

Qeyd olunub ki, Şimal-Qərb dəhlizinə tələbat ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə artıb.

Görüşdə vurğulanıb ki, Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması istiqamətində səyləri gücləndirib.

Birgə səylərin və səmərəli əməkdaşlığın nəqliyyat sahəsində qarşıya çıxan çətinlikləri aradan qaldıracağına əminlik ifadə olunub.

Nazir Rəşad Nəbiyev Gürcüstana səfəri zamanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də ikitərəfli görüş keçirib.

Görüş çərçivəsində Poti və Batumi limanları ilə Ələt limanı arasında blok qatarın yaradılması, qrafiklərin uyğunlaşd

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.