Home » FED rəsmisinin açıqlamalarından sonra Avropa bazarlarında səhmlər enir

FED rəsmisinin açıqlamalarından sonra Avropa bazarlarında səhmlər enir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ-ın Mərkəzi Bankının (FED) rəsmilərinin çərşənbə günü yeni açıqlamaları fonunda Avropa bazarında qiymətlər enib və bu da investorları tərəddüddə saxlayır.

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, çərşənbə axşamı Minneapolis FED prezidenti Neel Kashkari, mərkəzi bankın pul siyasətinin sərtləşdirilməsi yolu ilə inflyasiyanı nəzarət altına almaq öhdəliyini təkrarlayıb və ən böyük qorxusunun qiymət təzyiqlərinin davamlılığının lazımi səviyyədə qiymətləndirilməməsi olduğunu söyləyib.

Bu şərhlər isə FED-in Wyoming-də Jackson Hole-da təşkil ediləcək illik görüşündə prezidentin – Jerome Powell-in cümə günü Mərkəzi Bankın pul siyasətini sərtləşdirməsi ilə bağlı gələcək çıxışına hazırlaşarkən gəlib.

Asiya-Sakit okean regionunda səhmlərin qiyməti enib, Avropaya qayıtdıqda isə çərşənbə axşamı avro 20 ilin ən aşağı səviyəsinə – 0.9901 dollara enmişdi, daha sonra, yəni çərşənbə günü isə yenidən bərpa olunaraq 0.9957 dollara ticarət edilirdi. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.