Home » Azərbaycan yenidən İƏT üzrə “Texnika və texnologiya” sahəsinə rəhbərlik edəcək

Azərbaycan yenidən İƏT üzrə “Texnika və texnologiya” sahəsinə rəhbərlik edəcək

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan bu il yenidən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) 4-cü strateji istiqaməti olan “Texnika və texnologiya” sahəsinə rəhbərlik edəcək.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib ki, bu barədə qərar adıçəkilən təşkilatın Direktorlar Şurasının martın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş növbəti iclasında qəbul edilib.

Dövlət Xidmətinin Kömpüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin də təmsil olunduğu iclasda ölkəmizdən Xidmətin idarə rəisi Tural Məmmədov və bölmə rəisi Murad Balayev iştirak edib.

İclasda 2023-cü il fəaliyyət planı üzrə görülmüş işlər müzakirə olunub, yeni üzvlərin qəbulu məsələsi səsverməyə çıxarılıb, CERT quruculuğu zəif olan İƏT ölkələrinə texniki dəstək və quruculuq işlərində yardım məsələləri ilə bağlı təkliflər dinlənilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.