Home » Azərbaycanda 420-dən çox kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb

Azərbaycanda 420-dən çox kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması və bu sahədə insan kapitalının inkişafı istiqamətində işlər davam etdirilir.

BBN.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 7-ci məzun günündə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi artıq dördüncü ildir ki, Technion Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Fərid Osmanov qeyd edib ki, indiyədək müdafiə və hücum istiqamətləri üzrə 420-dən çox mütəxəssis hazırlanaraq əmək bazarına təqdim olunub. Məzunların 90%-dən çoxu artıq işlə təmin edilib.

Bununla yanaşı, AKM tərəfindən ölkədə kibermarifləndirmə istiqamətində də layihələr həyata keçirilir. Hesabat dövründə 7 mindən çox şəxs kibermarifləndirmə təlimlərinə cəlb olunub. Həmçinin 250-dən çox rəhbər vəzifəli şəxs kibertəhlükəsizlik sahəsində biliklər əldə edib.

Agentlik sədri bildirib ki, AKM-nin 7-ci məzun günündə daha 60 kibertəhlükəsizlik mütəxəssisi məzun olur. Onların əmək bazarına cəlb edilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, məzunlar arasında seçilmiş 5 mütəxəssis xarici ölkələrdə fəaliyyət göstərən qabaqcıl rəqəmsallaşma və kibertəhlükəsizlik şirkətlərində bir aylıq ödənişsiz intern proqramında iştirak etmək imkanı qazanacaq.

Xatırladaq ki, Prezidentin imzası ilə təsdiqlənən və 2026-2028-ci illəri əhatə edən rəqəmsal inkişaf üzrə fəaliyyət planı çərçivəsində Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin qurulması və bu istiqamətdə insan kapitalının inkişafı əsas prioritetlər sırasındadır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.