0
1 may tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 768,9 min olub.
BBN.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən xəbər verir.
Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 0,9 % çoxdur.
Sözügedən tarixə aktiv ƏDV ödəyicilərinin sayı 5,3 faiz artaraq 48,1 min təşkil edib. Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 0,6 faiz artıb və 205,7 min olub.