Home » ABB-nin 10 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi tam baş tutub

ABB-nin 10 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi tam baş tutub

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu gün Bakı Fond Birjası-da Azərbaycan Beynəlxalq Bankı-nın (ABB) 10 milyon manat həcmində faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan ümumilikdə 100 min ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlar hər biri 5 milyon manat olmaqla iki tranş üzrə investorların ixtiyarına verilib.

Qiymətli kağızlara investor marağı yüksək olub. Belə ki, 1-ci tranş üzrə 136 investor tərəfindən 15,974 milyon manat məbləğində 154 sifariş təqdim olunub. Onlardan 134 investorun 152 sifarişi təmin edilib.

2-ci tranş üzrə isə 146 investor tərəfindən 15,86 milyon manatlıq 229 sifariş daxil olub. Bu tranşda 138 investorun 219 sifarişi təmin edilib.

Beləliklə, ABB-nin istiqrazlarının yerləşdirilməsi tam uğurla başa çatıb.

Qeyd edək ki, 1-ci tranş üzrə istiqrazların tədavül müddəti 12 ay, illik faiz dərəcəsi 10 %, 2-ci tranş üzrə isə müddət 24 ay, illik faiz dərəcəsi 11 % təşkil edir. Faiz ödənişləri rüblük qaydada həyata keçiriləcək.

Yerləşdirmə prosesinin anderrayteri ABB-İnvest İnvestisiya Şirkəti olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.