Home » Azərbaycanda bank əmanətlərinin 84,3 %-i Əmanətlərin Sığortalanması Fondunun qoruması altındadır

Azərbaycanda bank əmanətlərinin 84,3 %-i Əmanətlərin Sığortalanması Fondunun qoruması altındadır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu il yanvarın 1-nə Azərbaycanda banklardakı əmanətlərin 84,3 %-i və yaxud 14 milyard 139 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun qoruması altında olub.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında bildirilib.

Sənədə əsasən, bank əmanətlərinin 57 %-i kompensasiya edilən əmanətlər olub.

Məlumata görə, 2026-cı il yanvarın 1-nə ev təsərrüfatlarının banklardakı vəsaitləri illik müqayisədə 14,4 % artaraq 16 milyard 772,4 milyon manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin 69,2 %-i və ya 11 milyard 602,9 milyon manatı milli valyutada, 30,8 %-i və ya 5 milyard 169,7 milyon manatı isə xarici valyutada yerləşdirilib.

Hesabatda qeyd olunub ki, 2025-ci ilin yekunlarına görə Azərbaycanda unikal bank əmanətçilərinin sayı təxminən 194 min nəfər olub. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 81,3 % artım deməkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.