Home » Azərbaycanda “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası” dəyişib

Azərbaycanda “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası” dəyişib

by Zeyneb
0 comments 3 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 31 yanvar 2024-cü il tarixli qərarla təsdiq edilmiş “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”na dəyişiklik edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, aidiyyəti şəxslərə qarşı kredit tələblərinin məcmu miqdarının hesablanması zamanı xarici valyutada verilmiş kreditlərin təminatı kimi kredit valyutasından fərqli olmaqla yalnız avro, funt sterlinq, ABŞ dolları, Yapon yeni və İsveçrə frankında olan pul vəsaitləri qəbul edildikdə, müddəti bir ilədək olan kreditlər üzrə təminatın 80%-ə qədər, bir ildən çox olan kreditlər üzrə isə 70%-ə qədər hissəsi nəzərə alınmayacaq.

Qərara uyğun olaraq, AMB-nin Hüquq departamentinə sənədin 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunmasını təmin etmək tapşırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.