Home » Azərbaycanda bankların 88%-i ətraf mühitin qorunması ilə bağlı tədbirlər həyata keçirib

Azərbaycanda bankların 88%-i ətraf mühitin qorunması ilə bağlı tədbirlər həyata keçirib

by ulviyya
0 rəy 5 baxış 1 dəqiqə oxuma

“Bankların 88%-i öz fəaliyyətində ətraf mühitin qorunması ilə bağlı tədbirlər həyata keçirdiyini bildirmişdir. Banklar öz fəaliyyətlərində ətraf mühitin qorunması ilə bağlı kağız həcminin azaldılması, elektrik enerjisinə qənaət, ağacəkmə aksiyalarında iştirak, dənizkənarı tullantıların təmizlənməsi, elektrik batareyaların düzgün utizilizasiya edilməsi üçün toplanma məntəqəsinin yaradılması, plastik istifadəsinin azaldılması və tullantıların təkrar emalı istiqamətində işlər görülüb”.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi “Dayanıqlı Maliyyə üzrə Sorğu” nəticələrində bildirilib.

Qeyd edək ki, sorğu nəticələrinə əsasən bankların 13%-i beynəlxalq maliyyə institutlarının maddi və ya texniki dəstəyi ilə ətraf mühitin qorunmasını dəstəkləyən layihələr həyata keçirildiyini bildirib. Bu layihələrə ağac əkilməsini dəstəkləyən bank kartlarının buraxılması, ESİ üzrə qaydaların hazırlanması, iqtisadi fəaliyyət növləri üzrə istisna siyahısı, ESİ hesabatının yenilənməsi və s. nümunə göstərmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.