Home » Azərbaycanda ƏDV üzrə daxilolmalar 17 % artıb

Azərbaycanda ƏDV üzrə daxilolmalar 17 % artıb

by yunus
0 comment 0 views 1 minutes read

2023-cü ildə Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) daxilolmalar 7 207,3 milyon manat proqnoza qarşı icra 8 127,7 milyon manat (920,4 milyon manat və yaxud 12,8 % çox), 2022-ci il müqayisədə isə 1 181,5 milyon manat və yaxud 17 % çox icra olunub.

BBN.az bu barədə “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 95,4 %-i və yaxud 7 757,5 milyon manat qeyri-neft sektorunun, 4,6 %-i və yaxud 370,3 milyon manatı neft sektorunun payına düşüb.

ƏDV üzrə daxilolmalarda ölkədaxili əməliyyatların payı 3 147 milyon manat proqnoza qarşı 3 684,2 milyon manat (537,2 milyon manat və yaxud 17 % çox), gömrük orqanlarının payı isə 4 060,3 milyon manat proqnoza qarşı 4 443,6 milyon manat (383,3 milyon manat və yaxud 9,4 % çox) təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.