Home » Azərbaycanda gələn il ÜDM artımı 3,2 % səviyyəsində proqnozlaşdırılır

Azərbaycanda gələn il ÜDM artımı 3,2 % səviyyəsində proqnozlaşdırılır

by yunus
0 comments 4 views 1 minutes read

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcminin 134,1 milyard manat olacağı gözlənilir. Bunun 101,7 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşəcək.

BBN.az xəbər verir ki,proqnoza əsasən, gələn il iqtisadi artım 3,2 %, qeyri-neft-qaz sektorunda isə 8,8 % təşkil edəcək.

Hökumətin ötən ay yenilədiyi proqnozlara görə, 2025-ci ildə ölkədə ÜDM-in 129,9 milyard manata, o cümlədən qeyri-neft-qaz sektorunda 93,5 milyard manata çatacağı gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanda 83 milyard 37,8 milyon manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.