Home » Azərbaycanda icbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb

Azərbaycanda icbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 minə yaxındır.

BBN.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun departament direktoru İslam İsmayılov deyib.

Qeyd olunub ki, daşınmaz əmlakın istismarı ilə bağlı qüvvədə olan icbari sığorta (DAİMMİS) üzrə şəhadətnamələrin sayı 22 min, daşınmaz əmlakın icbari sığortası (DAİS) üzrə isə 192 min 355 olub.

Bildirilib ki, statistik göstəricilərə əsasən, standart icbari avtonəqliyyat sığortası üzrə şəhadətnamələrin sayı 1 milyon 617 min 677 təşkil edir.

Bundan əlavə, sərhəd sığortası üzrə 45 min 275, “Yaşıl Kart” sığortası üzrə 6 min 547 şəhadətnamə qeydə alınıb.
Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə şəhadətnamələrin sayı 200 təşkil edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.