Home » “Azərbaycanda məşğulluğa dəstək layihəsi” barədə maarifləndirmə tədbirlərinə başlandı

“Azərbaycanda məşğulluğa dəstək layihəsi” barədə maarifləndirmə tədbirlərinə başlandı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanacaq müqaviləyə əsasən həyata keçiriləcək “Azərbaycanda məşğulluğa dəstək layihəsi” barədə maarifləndirmə tədbirlərinə başlayıb.

Tədbirlərə rayon (şəhər) Məşğulluq mərkəzlərində qeydiyyatda olan və özünüməşğulluq proqramına müraciət etmək istəyən  işaxtaran və işsiz vətəndaşlar cəlb edilir. İlk belə tədbir Bakı, Sumqayıt, Quba, Qusar və Xaçmazdan olan vətəndaşlar üçün keçirilib.

İştirakçılara layihənin  özünüməşğulluq proqramına verəcəyi dəstək, layihəyə cəlb edilənlərin vəzifələri, Dünya Bankının bu layihə üzrə standartları və s. barədə məlumat verilib.  Qeyd edilib ki, layihənin məqsədi həssas əhali qruplarının özünüməşğulluğunu və bu əsasda əmək bazarına daxil olmasını, sahibkarlığa çıxışını dəstəkləmək, müstəqil surətdə gəlir əldə etmək imkanlarına malik olmalarına şərait yaratmaqdır.

 Maarifləndirmə tədbirlərinin digər rayonlarda keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.