Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda mobil cihazların bazar payı 51,8%-ə düşüb - BBN

Azərbaycanda mobil cihazların bazar payı 51,8%-ə düşüb

2026-cı ilin avqust ayında Azərbaycanda kompüter, mobil cihaz və planşetlərdən ibarət elektron cihazlar bazarında mobil cihazların payı 51,81% təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə “StatCounter” agentliyinin son hesabatında bildirilib.

Məlumata görə, mobil cihazların bazar payı iyul ayı ilə müqayisədə 10,88 faiz bəndi və ya 17,4% azalıb. 2025-ci ilin avqust ayı ilə müqayisədə isə göstərici 15,07 faiz bəndi aşağı düşüb.

Kompüterlərin bazar payı isə avqust ayında 47,83%-ə çatıb. Bu göstərici aylıq müqayisədə 10,89 faiz bəndi, illik müqayisədə isə 15,39 faiz bəndi artıb.

Planşetlərin elektron cihazlar bazarındakı payı 0,35% olub. Bu, iyul ayına nisbətən 0,02 faiz bəndi, ötən ilin avqust ayı ilə müqayisədə isə 0,34 faiz bəndi azdır.

Related posts

İqtisadçı: ŞƏT ölkələri Azərbaycanın xarici ticarətinin ən azı 25,9%-ni formalaşdırır

ABA-nın törəmə qurumu olan Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi ali məktəblərə 16 ildir 100 faizlik qəbul nəticəsi göstərir

OpenAI, Zoom və Zoho Azərbaycanda elektron vergi uçotuna alındı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı