
Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 1 175 manata çatıb.
Hesabat dövründə neft-qaz sektorunda çalışanların orta aylıq əməkhaqqı 4 605,7 manat, qeyri-neft-qaz sektorunda isə 1 113,3 manat təşkil edib.
Məlumata görə, dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1 160,9 manat olduğu halda, özəl sektorda bu göstərici 1 188,7 manat təşkil edib.




