Home » Azərbaycanda təchizat zəncirinin maliyyələşdirilməsi üçün yeni qanunvericilik hazırlanır – AMB

Azərbaycanda təchizat zəncirinin maliyyələşdirilməsi üçün yeni qanunvericilik hazırlanır – AMB

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda təchizat zəncirinin maliyyələşdirilməsi çərçivəsində qanunvericilik və requlyativ baza formalaşdırılır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank Fəaliyyətinə Nəzarət Departamentinin direktor müavini Müşviq Kərimov “Gömrük–Biznes Forumu 2025: Dialoq və Etimad” tədbirində bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə faktorinq, əks-faktorinq və forfeytinq kimi məhsullar mövcuddur və sahibkarlar debitor borc sənədlərini sistemə yükləməklə əlavə təminat olmadan vəsait cəlb edə biləcəklər.

“Bu sahədə işlər davam edir və hazırda digər dövlət qurumları ilə razılaşma mərhələsindəyik. Qeyd olunan mexanizm qısa müddətdə maliyyə əlçatanlığını artıracaq, orta və uzun müddətdə isə maliyyələşmənin dəyərini azaldacaq”, – AMB rəsmisi qeyd edib.

Onun sözlərinə görə, tənzimləyici qurum son illər təchizat zəncirinin maliyyələşdirilməsi üzrə bir sıra təşəbbüslər irəli sürüb:

“Bu təşəbbüslər İslam bankçılığının inkişafı, Kredit Reytinq Sisteminin yaradılması və digər istiqamətləri əhatə edir. AMB-nin əsas hədəfi maliyyə əlçatanlığının artırılması və maliyyələşmənin dəyərinin azaldılmasıdır”.

M. Kərimov bildirib ki, bu məqsədlə iki əsas istiqamətdə iş aparılır: maliyyə mənbələri və məhsullarının sayının artırılması üçün normativ hüquqi bazanın yaradılması və dövlət qurumları ilə inteqrasiya, rəqəmsallaşma hesabına şəffaflığın gücləndirilməsi.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.