Home » Azərbaycanda ÜDM istehsalı artıb

Azərbaycanda ÜDM istehsalı artıb

by anar
0 comments 5 views 1 minutes read

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 18 milyard 576,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7% azalıb, qeyri neft-qaz sektorunda isə 10,1% artıb.

ÜDM istehsalının 39,9%-i sənaye, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i tikinti, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 19,8%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,3%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 824,1 manata bərabər olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.