Home » Azərbaycanda xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrləri başa çatıb

Azərbaycanda xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrləri başa çatıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) tətbiq etdiyi xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə seçilən innovativ məhsulların sınaq dövrü tamamlanıb.

“BBN” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ilk mərhələdə sınağa qəbul olunan dörd məhsulun qiymətləndirməsi nəticəsində aşağıdakı qərarlar qəbul olunub:

“Pasha Pay” MMC – “m10” tətbiqinin “Binance” platforması ilə inteqrasiyası – Layihə kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçüb “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və cüzdanlardan məxaric edə bilərlər. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.

“Unicapital İnvestisiya Şirkəti” ASC – “Kriptobroker” platforması – virtual aktivlərin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.

“Mobile Payment Solutions” MMC – “PortCoin” kripto valyutası – Layihə çərçivəsində “PortCoin” kriptovalyutası emissiya edilib, portmanat istifadəçilərinə investisiya məqsədilə təqdim edilib. Sınaq müddətində gözlənilən sınaq nəticələrin əldə olunmaması səbəbindən layihənin icrası dayandırılıb.

“Svort” MMC – Kripto ticarət platforması – layihə virtual aktivlərin (tokenlərin) fiat vəsaitlə alqı-satqısını, müxtəlif tokenlərin bir-biri ilə dəyişdirilməsini, kriptovalyuta cüzdanlarının açılması və müştərilərin virtual aktivlərinin təhlükəsiz saxlanılmasını təmin edirdi. Sınaq müddətində gözlənilən sınaq nəticələrin əldə olunmaması səbəbindən layihənin icrası dayandırılıb.

Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin məqsədi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və AMB-nin nəzarəti altında sınaqdan keçirilməsi və uğurlu nəticə göstərən məhsulların geniş miqyasda tətbiqi üçün normativ-hüquqi əsasların formalaşdırılmasıdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.