Home » Azərbaycanın Avrasiya İnkişaf Bankına qoşulması ilə bağlı müzakirələr konkret mərhələyə keçib

Azərbaycanın Avrasiya İnkişaf Bankına qoşulması ilə bağlı müzakirələr konkret mərhələyə keçib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan beynəlxalq inkişaf institutları ilə əməkdaşlığı genişləndirərək onları iqtisadiyyatın şaxələndirilməsi və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün mühüm tərəfdaş kimi nəzərdən keçirir. Bu kontekstdə ölkənin Avrasiya İnkişaf Bankına (EDB) mümkün qoşulması ilə bağlı aparılan müzakirələr artıq daha konkret mərhələyə daxil olub.

Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov “Report”a müsahibəsində bildirib ki, Azərbaycanla bu istiqamətdə dialoq mövcuddur və 2025-ci ildə bank nümayəndə heyəti Bakıda səfərdə olub. Onun sözlərinə görə, səfər çərçivəsində maliyyə və iqtisadiyyat qurumlarının nümayəndələri ilə görüşlər keçirilib və nəticə olaraq İqtisadiyyat Nazirliyi hökumətə müvafiq məruzə təqdim edib.

N.Podquzov qeyd edib ki, Azərbaycanın EDB-yə üzvlüyü ümumilikdə dəstəklənir, lakin proses səhmdar ölkələrin razılığı da daxil olmaqla müəyyən prosedurlardan asılıdır. O, müddətlə bağlı dəqiq proqnoz verməyin çətin olduğunu vurğulayaraq, ən nikbin halda qərarın 2026-cı ildə qəbul edilə biləcəyini istisna etməyib.

ADB rəhbəri bildirib ki, bank üçün Azərbaycan iqtisadiyyatında prioritet sahələr nəqliyyat-logistika infrastrukturu, ərzaq təhlükəsizliyi, telekommunikasiya, şəhər infrastrukturu və iqtisadiyyatın şaxələndirilməsinə xidmət edən layihələrdir. Xüsusilə “AZCON Holding” ilə görüşlərin keçirildiyini qeyd edən Podquzov, konkret təşəbbüslərin müzakirəsinə hazır olduqlarını bildirib.

Onun sözlərinə görə, Bakı şəhərinin infrastrukturu sürətlə inkişaf edir və bank bu istiqamətdə həyata keçirilən layihələrdə də iştirak edə bilər.

Müsahibədə transsərhəd layihələrə də toxunan N.Podquzov qeyd edib ki, Avrasiya İnkişaf Bankı məhz bu tip layihələrin maliyyələşdirilməsi üzrə ixtisaslaşıb. O, Xəzər hövzəsi regionunda, o cümlədən Rusiya, Qazaxıstan və Ermənistanın iştirakı ilə perspektivli investisiya təşəbbüslərinin reallaşdırılması üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

ADB rəhbərinin fikrincə, beynəlxalq inkişaf banklarının iştirakı regionda iqtisadi əlaqələrin bərpası və möhkəmləndirilməsi baxımından mühüm rol oynaya bilər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.