Home » Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib

Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib

by anar
0 comments 1 views 0 minutes read

Azərbaycan “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti tərəfindən açıqlanan 2026-cı il üçün yenilənmiş Pasport Reytinqində mövqeyini yaxşılaşdıraraq 3 pillə irəliləyib və 67-ci yerə yüksəlib.

Reytinqin nəticələrinə əsasən, Azərbaycan Respublikası vətəndaşları 70 ölkəyə vizasız, gəlişdə viza və ya elektron viza vasitəsilə səfər etmək imkanına malikdirlər.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində yaradılmış “Beynəlxalq sazişlər üzrə” işçi qrupunun fəaliyyəti çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş rejimlərinin genişləndirilməsi, beynəlxalq sazişlərin sayının artırılması və institusional islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq pasport reytinqlərində mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.