Home » Şahin Mahmudzadə: “Bank sektorunun vaxtı keçmiş kreditləri 3%-dən azdır”

Şahin Mahmudzadə: “Bank sektorunun vaxtı keçmiş kreditləri 3%-dən azdır”

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanın bank sektorunda vaxtı keçmiş kreditlərin (NPL) kredit portfelinə nisbəti 3%-in altındadır.

BBN.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “İslami Maliyyə üzrə 20-ci IsDB Qlobal Forumu – İslami Maliyyəsi vasitəsilə Dayanıqlı Rifahın Əldə Edilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın bank sektorunun likvidliyi tələb olunan normadan iki dəfədən daha çoxdur:

“​Bizim iqtisadiyyata yönəldilə biləcek təxminən 20 milyard sərbəst, riskə uyğunlaşdırılmış aktivimiz var. Son üç ildə kreditlərin artım tempi iqtisadi artım tempini üstələyib. Bu da onu göstərir ki, maliyyə sektoru iqtisadi inkişafı dəstəkləməyə tam hazırdır”, – deyə o, əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.