Home » Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları 13,1 milyard dollara çatıb

Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları 13,1 milyard dollara çatıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

2025-ci ilin ilk yarısının sonuna olan məlumata görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına yönəltdiyi kapital qoyuluşlarının ümumi həcmi 13,1 milyard ABŞ dollarına çatıb.

Bu barədə “Avrasiya İnkişaf Bankı“nın İnteqrasiya Araşdırmaları Mərkəzinin baş analitiki Aydos Omarov “Avrasiya regionunun investisiya dinamikası: yekunlar və tendensiyalar” mövzusunda hesabatın təqdimatında bildirib.

Onun sözlərinə görə, əks investisiya axını, yəni Türkiyədən Azərbaycana yönələn investisiyaların həcmi 3,1 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.

A. Omarov qeyd edib ki, Türkiyədə həyata keçirilən ən iri Azərbaycan investisiya layihəsi SOCAR tərəfindən tikilən və ümumi investisiya dəyəri təxminən 7 milyard ABŞ dolları olan  STAR neft emalı zavodudur.

Türkiyə tərəfindən Azərbaycanda həyata keçirilən ən böyük investisiya isə ‘TPAO“nun “Şahdəniz qaz-kondensat yatağı“nın işlənməsində iştirakıdır. Bu layihəyə qoyulan investisiyanın həcmi 2,85 milyard ABŞ dolları təşkil edir.

Xatırladaq ki, STAR NEZ 2018-ci ildə istismara verilib və “Azeri Light”, “Kerkuk”“Urals” markalı neftlərin emalına yönəlib. Zavod Petkim neft-kimya kompleksi üçün xammal bazasını təmin edir və SOCAR-a Aralıq dənizi bazarına dizel yanacağı, aviasiya kerosini və kimya sənayesi məhsulları ilə çıxış imkanı yaradır. Müəssisənin istehsal gücü Türkiyənin neft məhsullarına olan tələbatının 18 %-ni ödəyir.

Şahdəniz qaz-kondensat yatağı Xəzər dənizinin cənub-qərb hissəsində, Bakı dan təxminən 70 km cənub-şərqdə yerləşir. Yatağın işlənməsi haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb.

Layihədə iştirak payları belə bölüşdürülüb:

  • BP (operator) – 29,99 %

  • Lukoil – 19,99 %

  • TPAO – 19 %

  • Southern Gas Corridor CJSC – 16,02 %

  • NICO – 10 %

  • MVM Group – 5 %

İstismara verildiyi vaxtdan 2026-cı il fevralın 1-dək yataqdan 267 milyard kubmetr təbii qaz52,7 milyon ton kondensat hasil olunub. Bu həcmin 87 milyard kubmetri “Şahdəniz-2” mərhələsi çərçivəsində əldə edilib.

Hazırda yataq hasilatın pik səviyyəsində fəaliyyət göstərir. 2028-ci ildə isə layihənin yeni mərhələsi çərçivəsində qaz hasilatının başlanması gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.