Home » Azərbaycanlı məktəblilər Avropada ilk onluqda

Azərbaycanlı məktəblilər Avropada ilk onluqda

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanı təmsil edən məktəblilər 29 ölkənin 13-15 yaşlı şagirdlərinin iştirak etdiyi Avropa Pul Viktorinasında 9-cu yeri tutmuşdur.

10 may 2022-ci il tarixində maliyyə savadlılığının qiymətləndirilməsi məqsədilə təşkil edilən və ümumilikdə 13-15 yaşlı 50 min şagirdin iştirak etdiyi Avropa Pul Viktorinasının final mərhələsi keçirilmişdir. Final mərhələsi Avropa Banklar Federasiyası tərəfindən Kahoot! platformasında onlayn şəkildə təşkil edilmişdir. 29 ölkədən 57 şagirdin iştirak etdiyi bu mərhələdə Azərbaycanı 2 nəfər – Avropa Azərbaycan Məktəbinin şagirdi Hüseynli Hüseyn və BDU-nun nəzdində gənc istedadlar liseyinin şagirdi Abbasov Cabir təmsil etmişdir.

Viktorinanın final mərhələsində 1-ci yerdə Norveç qərarlaşmışdır.

Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləməkdir. 2017-ci ildən keçirilən yarışlara Azərbaycan məktəbliləri ilk dəfə 2019-cu ildə qoşulublar.

2022-ci ilin milli finalında iştirak edən ölkələrə Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Xorvatiya,  İrlandiya, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Macarıstan, Makedoniya, Malta, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Yunanıstan daxildir.

Xatırladaq ki, cari ilin aprel ayında Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Avropa Pul Viktorinasının milli mərhələsi təşkil edilmişdir (https://bit.ly/3N5xrwX).

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.