Home » “Azərikard” “İlin innovativ həlli” mükafatına layiq görülüb – Foto

“Azərikard” “İlin innovativ həlli” mükafatına layiq görülüb – Foto

by anar
0 comments 5 views 1 minutes read

Dekabrın 20-də, Gülüstan sarayında “Caspian Business Award 2023” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Caspian Energy Club-un üzv şirkətlərinin top-menecer və nümayəndələri iştirak ediblər.

“Azərikard” MMC bu tədbirdə “TezÖdə” layihəsinin uğurlu tətbiqinə görə “İlin innovativ həlli” mükafatına layiq görülüb. Mükafat “Azərikard” MMC-nin Baş direktoru Fərid Quliyevə təqdim olunub. Fərid Quliyev çıxışı zamanı Azərikard-ın ən son, təmassız, innovativ layihəsindən – “TezÖdə” (www.tezode.az) alətindən söz açıb. Hal-hazırda “TezÖdə” istifadəçiləri heç bir mobil cihaz, kart, QR kod istifadə etmədən ödənişlərini nağdsız, sürətli və növbəsiz həyata keçirə bilirlər.

Azərikard şirkətinin missiyası innovativ ödəniş şirkəti olaraq müştərilərinə və tərəfdaşlarına sərhədsiz texnoloji imkanlar yaratmaqdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.