Home » “Azərpoçt”un sədri vətəndaşlara müraciət edib

“Azərpoçt”un sədri vətəndaşlara müraciət edib

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

“Poçt şöbələrinə yaxınlaşan zaman, sizə POS-terminal xidməti bu və ya digər səbəbdən təklif olunmadığı halda, mütləq təqdim olunan mobil nömrə vasitəsilə əlaqə saxlayaraq, şikayətinizi bizə bildirməyinizi xahiş edirik”.

BBN.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vətəndaşlara müraciətində bildirib.

“Azərpoçt” olaraq 2 ildir ki, yenilənmə, şəffaflıq və inkişaf istiqamətləri üzrə müəyyən işlər görürük. Ölkədə nağdsız əməliyyatlara dəstək, xüsusilə poçt əməliyyatları zamanı maliyyə şəffaflığının təmin edilməsi məqsədilə artıq 700-dən çox poçt şöbəsi POS-terminalla təmin olunub. Ölkə üzrə bu rəqəm Bakı şəhərində yerləşən bütün poçt şöbələrini, regionlarda isə mərkəzi və şəhər tipli şöbələri əhatə edir.

Bu barədə sizi bir daha məlumatlandırmaq istəyir və sizdən şöbələrimizdə poçt xidmətlərindən faydalanan zaman nağdsız əməliyyatlara üstünlük verməyinizi xahiş edirik. Bu müraciət “Azərpoçt”da müştərilər və əməliyyatçılar arasındakı xidmət prosesi zamanı maliyyə şəffaflığının təmin olunması məqsədini daşıyır. Bu məqsədə nail olmaq üçün siz vətəndaşların dəstəyinə ehtiyacımız var. Əlaqə nömrəsi: (+99451) 235 97 99”, – deyə o qeyd edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.