Home » “AZAL” Avropanın ən punktual hava yolu şirkəti seçilib

“AZAL” Avropanın ən punktual hava yolu şirkəti seçilib

by bbnadm
0 comment 0 views 1 minutes read

Böyük Britaniya mərkəzli “Official Airlines Guide” (OAG) şirkəti aviaşirkətlərin 2019-cu il punktuallıq göstəriciləri üzrə  hesabat tərtib edib. Aviaşirkətlərin sıralaması uçuşların vaxtlı-vaxtında həyata keçirilməsi göstəricilərini özündə əks etdirən “on-time performance” (OTP) indeksinə əsasən aparılıb. Hesabata görə dünyanın ən punktual aviaşirkəti İndoneziya mərkəzli “Garuda” hava yolu seçilib. “Garuda” aviaşirkətinin OTP indeksi 95%-i ötüb. İkinci yerdə 92%-lik OTP indeksi ilə Panamanın “Copa” aviaşirkəti, üçüncü yerdə isə 90.12%-lik OTP indeksi ilə yapon “Skymark” aviaşirkəti qərarlaşıb. Qeyd edək ki, “Skymark” aviaşirkəti loukosterlər sıralamasında punktuallığına görə ilk pilləni tutub.

Avropa regionu üzrə isə ən punktual hava yolu “AZAL” seçilib. “AZAL” şirkətinin 2019-cu il üzrə OTP göstəricisi 86.81% olub. Rusiyanın ən böyük aviaşirkəti olan “Aeroflot” siyahıda 86.30%-lik OTP göstəricisi ilə ikincidir. Üçüncü yerdə qərarlaşan ispan “İberia” aviaşirkətinin OTP göstəricisi 84%-dən çoxdur.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.