Home » AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir

AZAL sərnişinlərin rahatlığını artırmaq üçün yeni onlayn xidmətlər təqdim edir

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanın milli aviadaşıyıcısı AZAL xidmət keyfiyyətini daha da artırmaq məqsədilə yeni onlayn xidmətlər təqdim etməyə davam edir. “GetTransfer”, “Airalo” və “Booking” platformaları ilə əməkdaşlıq çərçivəsində aviaşirkət müştərilərinə əlavə imkanlar yaradır.

BBN.az xəbər verir ki, AZAL sərnişinlərinə təqdim olunan yeniliklərdən biri “GetTransfer” platformasıdır. Bu xidmət vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir.

Bundan əlavə, aviaşirkət “Airalo” platformasının eSIM xidmətini də istifadəyə təqdim edir. Bu platforması isə sərnişinlərə fiziki SIM-karta ehtiyac olmadan dünyanın istənilən yerində yaxınları ilə əlaqə saxlamağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti aradan qalxır.

AZAL həmçinin “Booking” platforması ilə əməkdaşlıq çərçivəsində sərnişinlərə hotel rezervasiyası xidmətini təklif edir. Bu yenilik sayəsində sərnişinlər yalnız uçuş biletlərini deyil, eyni zamanda səyahət müddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdıra bilərlər.

Qeyd edək ki, AZAL-ın rəsmi www.azal.az saytında və mobil tətbiqində də yer almış xüsusi keçidlər vasitəsilə sözügedən xidmətlərdən faydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdə tutulub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.