Home » AZAL: “Sərnişinlər İsrailə və əks istiqamətə uçuş biletlərini noyabrın 30-dək cəriməsiz qaytara bilər”

AZAL: “Sərnişinlər İsrailə və əks istiqamətə uçuş biletlərini noyabrın 30-dək cəriməsiz qaytara bilər”

by anar
0 comments 3 views 1 minutes read

İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu ölkəyə və əks istiqamətdə reyslərlə bağlı xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir.

Bu barədə BBN.az AZAL-a istinadən xəbər verir.

Bildirilib ki, AZAL-ın sərnişinlərinə Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına və əks istiqamətə 7 oktyabr daxil olmaqla, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletləri noyabrın 30-dək (bu tarix daxil olmaqla), hər hansı digər tarixlər üçün “involuntary” və ya yenidən rəsmiləşdirmə prosedurları əsasında geri qaytarılmasına icazə verilir.

“Aviaşirkət bu çətin vəziyyətdə sərnişinlərin çevik şəraitlə təmin olunması üçün tədbirlər görür. Uçuş cədvəlində dəyişiklik və ya yenilik olarsa, bu barədə “Azərbaycan Hava Yolları”nın sərnişinləri operativ şəkildə məlumatlandırılacaq. Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları” QSC-nin “callcenter@azal.az” çağrı mərkəzinə müraciət etmək tövsiyə olunur”, – məlumatda qeyd edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.