Home » “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

by Zeyneb
0 comments 0 views 1 minutes read

8 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.07.2026-cı il tarixində başlayıb, 31.07.2026-cı il tarixində bitmişdir.

AZ2009004584 İSİN kodlu istiqrazların yerləşdirilməsi 4 avqust 2026-cı il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  4.6  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2009004584
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı 50,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 5,000,000 manat
Kupon faizi 10%
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 2 il
Minimal qiymət 100 (10.0000%) manat
Maksimal qiymət 100 (1.0000%) manat
Kəsmə qiyməti 100 (10.0000%) manat
Ortaçəkili qiyməti 100 (10.0000%) manat
Reallaşdırılmış həcm 5,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 14,947,200 manat
Abunə yazılışında iştirak etmiş investor sayı 573
Sifarişi icra edilmiş investor sayı 569
Abunə yazılışında təklif edilmiş sifariş sayı 866
İcra edilmiş sifariş sayı 862
Anderrayter ABB-İnvest İnvestisiya Şirkəti” QSC

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.