Home » “AzerGold” QSC və DMXEİA-nın rəhbərliyi mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib

“AzerGold” QSC və DMXEİA-nın rəhbərliyi mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib

by yunus
0 comments 0 views 1 minutes read

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov 15 mart 2025-ci il tarixində Qaradağ rayonunda yerləşən bir neçə mişardaşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirib.

Dövlət başçısının “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncamından irəli gələn öhdəliklərin icrası məqsədilə təşkil edilən görüşdə istehsal sahələri və yataqlarda mövcud vəziyyətlə əyani tanışlıq həyata keçirilib, sahibkarların rəy və təklifləri müzakirə edilib.

Görüşlərdə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri, həmçinin “AzerGold” QSC-nin prosesə cəlb etdiyi nüfuzlu beynəlxalq məsləhətçi şirkəti “Boston Consulting Group”un təmsilçisi iştirak edib.

Keçirilən görüşlər zamanı istismarla əlaqədar sənədlərdə rast gəlinən uyğunsuzluqlar, qeyri-qanuni hasilat, əməyin mühafizəsi, rekultivasiya, tullantıların utilizasiyası üzrə qanunvericiliyin tələblərinə əməl edilməməsi, müşahidə olunan digər problemlər və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşlərdə sahibkarların təşəbbüsləri dinlənilib, təhlil edilməsi üçün qeydiyyata alınıb.

“AzerGold” QSC tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə cari ilin əvvəlindən etibarən aparılan intensiv araşdırmalar, sahə səfərləri, sorğu və təhlillərin nəticələrinə əsasən təkliflərin hazırlanması bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi ilə fəaliyyətin yerli qanunvericilik və beynəlxalq ekoloji tələblər əsasında təşkil edilməsi, müvafiq prosedurların sadələşdirilərək sahibkarların fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması, yerli istehsalatın dünya bazarının çağırışlarına uyğunlaşdırılmasına xidmət edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.