1
Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 0.51 ABŞ dolları, yaxud 0.57% azalaraq 88.76 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə Brent markalı neftin sentyabr fyuçersləri 85.64 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.